Qar yağacaq
24 dekabr 2012 13:48 (UTC +04:00)

Qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha olan hava məlumatını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dekabrın 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək. 
 

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 

Dekabrın 24-25-də Bakıda və Abşeron yarımadasında şimal küləyinin yaratdığı soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7011

Oxşar yazılar