Prezident İlham Əliyev “ASAN xidmət”in açılışında iştirak edib
29 dekabr 2012 13:34 (UTC +04:00)

Prezident İlham Əliyev “ASAN xidmət”in açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası istifadəyə verilib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Dövlət başçısına məlumat verilib ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.

 

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3478
avatar

Oxşar yazılar