Prezident İlham Əliyev:  “... ekoloji məsələlərin həlli ilə bağlı böyük işlər görülüb”
11 aprel 2013 17:38 (UTC +04:00)

Prezident İlham Əliyev: “... ekoloji məsələlərin həlli ilə bağlı böyük işlər görülüb”

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının meşə və su işləri naziri Veysəl Eroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Veysəl Eroğlu Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu vurğulayan V. Eroğlu ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsinin önəmini qeyd edib. Azərbaycanda çox böyük inkişafın şahidi olduğunu deyən türkiyəli nazir əldə edilən böyük uğurlar münasibətilə dövlət başçısını təbrik edib.


Dövlət başçısı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident ölkələrimizin ayrı-ayrı nazirlikləri, o cümlədən ekologiya və ətraf mühitlə bağlı qurumlar arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib. Ekologiyanın mühüm bir sahə olduğunu vurğulayan dövlət başçısı Azərbaycanda da son illər ekoloji məsələlərin həlli ilə bağlı böyük işlərin görüldüyünü deyib. Prezident İlham Əliyev nazir V. Eroğlunun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından önəmli olacağını bildirib.
Dövlət başçısı prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Respublikasının prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

 

# 410
avatar

Oxşar yazılar