Prezident İlham Əliyev: “20 min nəfərin mənzil problemini həll edəcəyik”
04 aprel 2013 18:11 (UTC +04:00)

Prezident İlham Əliyev: “20 min nəfərin mənzil problemini həll edəcəyik”

“2004-cü ildən başlayaraq ötən müddət ərzində bütün çadır şəhərcikləri ləğv olunub, 77 müasir qəsəbə salınıb, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb”.

 

Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bunu “The Buisness Year” jurnalına müsahibəsində söyləyib.

 

Dövlət başçısı bildirib ki, ötən il 20 min məcburi köçkünü müasir mənzillərə, evlərə köçürülüb: “Bu il daha 20 min nəfərin mənzil problemini həll edəcəyik”.

 

Prezident İlham Əliyev qeyd edib ki, ötən 10 ildə biz iqtisadiyyatımızı 3 dəfə artırdıq və əsasən şaxələndirdik, müasir sosial-iqtisadi infrastruktur yaratdıq, qeyri-neft sektorunun dinamik inkişafını təmin etdik: “2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsini 2013-cü ildə 25 milyard dollara çatdırdıq. Ölkədə bir milyondan çox yeni iş yeri yaradıldı, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salındı. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirildi. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyuldu, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü. ”

# 1275
avatar

Oxşar yazılar