Pensiya təyinatı üçün sənəd təqdim edilməsinə ehtiyac qalmayacaq
29 dekabr 2012 19:15 (UTC +04:00)

Pensiya təyinatı üçün sənəd təqdim edilməsinə ehtiyac qalmayacaq

Minimum əməkhaqqı Avropa ölkələrində olan səviyyəyə çatdırılacaq

 

Azərbaycanda vətəndaşlarının pensiya təyinatı üçün hər hansı sənədin təqdim edilməsinə ehtiyac qalmayacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün fərmanla təsdiq etdiyi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb.

 

Konsepsiyada qeyd edilib ki, müvafiq müraciətin elektron qaydada ünvanlanması, vətəndaşların elektron müraciətləri əsasında pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən aparılması tam reallaşdırılacaq.  Ölkənin uzunmüddətli inkişaf xəttinə uyğun olaraq, demoqrafiya və əhali sakinliyi sahəsində  2025-ci ilədək dövrü əhatə edən Dövlət Proqramı qəbul ediləcək, həmin proqram çərçivəsində əhalinin kəmiyyət və keyfiyyət artımı məsələləri öz əksini tapacaq.

 

İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına  və  Avropa ölkələrində müəyyən edilmiş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görüləcək; əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması üçün işlərin davam etdirilməsi  və sosial müdafiə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi əsasında əhalinin gəlirlər üzrə diferen siasiyasının azaldılmasına nail olunacaqdır. İşləyən vətəndaşların təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi sahəsində iş gücləndiriləcək, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı hazırlanacaq.

 

 

Əmək və məşğulluq sahəsində milli informasiya sistemi yaradılacaq, əmək bazarında yaranan vəziyyətin monitorinqi və təhlili sistemi qurulacaq, qeyri-formal məşğulluğun qarşısının alınması üzrə ciddi tədbirlər görüləcək. Sosial təyinatlı mənzillərin (evlərin) sayı artırılacaq və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaq. Sosial müavinətlər unifikasiya ediləcək, onların məbləğləri nin artırılması üzrə həyata keçirilən tədbirlər  davam etdiriləcəkdir. Uşaqlı ailələrə verilən müavinət sistemi təkmilləşdiriləcəkdir. Ölkədə müasir sosial müdafiə sisteminin urulması və yoxsulluğun azaldılması məqsədi ilə ailələrin sosial yardımlara olan ehtiyacının müəyyən edilməsi qaydaları təkmilləşdiriləcək, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması üçün onun həddi mütəmadi olaraq artırılacaq. Müasir sosial texnologiyalardan istifadə yolu ilə sosial yardımların səmərəliliyi artırılacaq, mövcud ünvanlı dövlət sosial yardımı sistemi ilə yanaşı fəal sosial yardım proqramları (özünədəstək, güzəştli sosial kreditləşmə) da tətbiq olunacaq.

 

Ahıl vətəndaşlara qayğı və onların sosial müdafiəsi məsələləri daim diqqət

mərkəzində saxlanılacaq, bu məqsədlə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı (2014 -2020-ci illər)” qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar