Bu gün Milli Məclisin iclasında bir sıra ali mükafatların dəyişdirilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, o cümlədən “İstiqlal”, “Şöhrət”, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenləri tamamilə dəyişdirilir. Bununla bağlı “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, o cümlədən bağlı “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” və “Şöhrət” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirə olunub.
Layihələrə əsasən, ordenlərin və medalların bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq. Layihələr ayrı – ayrı səsə qoyularaq qəbul olunub.

Orden və medallar dəyişdi
Oxşar yazılar

Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə ilk köç karvanı yola salındı
14 iyul 2025 , 06:32
Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23