
Nazirlik yeni vakansiyaları təqdim etdi: işsiz vətəndaşların DİQQƏTİNƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.
Bu barədə Lent.az-a Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib.
Beləliklə, elan edilən peşə hazırlığı kursları aşağıdakı peşələr üzrədir:
Aşpaz (Azərbaycan kulinariyası),
Qənnadçı,
Ofisiant (banket və ziyafətlər üçün),
Ofisiant (yüksək kvalifikasiyalı),
Dağ turist marşrutları üzrə bələdçi,
Ekskursiya bələdçisi,
Qeydiyyatçı (mehmanxanada) / Receptionist,
Konsyerj,
Mehmanxana qapıcısı (belman),
Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner,
Barmen,
Konfrans və tədbir təşkilatısı,
Turanimator.
Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər. Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.
Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcəkdir.
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.
Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Seçdiyiniz peşənin adını elektron məktubun mövzü bölməsində qeyd etməyiniz xahiş olunur.
Əlaqə nömrəsi:
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075
Oxşar yazılar

Martın əvvəli şaxtalı keçəcək: Ayın HAVA PROQNOZU
28 fevral 2025 , 14:38
Şaxtalı hava ilə bağlı XƏBƏRDARLIQ
28 fevral 2025 , 13:30
Mühərrik yağlarını necə seçmək olar? - Ekspertdən MƏSLƏHƏT
28 fevral 2025 , 13:02Aramsız qar yağacaq, 21 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Sabahın HAVASI
28 fevral 2025 , 12:48
Qafandan başlayıb, Sumqayıtdan keçərək Qarabağda alovlanan və külə dönən “Miatsum” - ARAŞDIRMA
28 fevral 2025 , 12:06
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu yollarında təmir gedir
28 fevral 2025 , 11:44
On bir ayın sultanı – Ramazan ayına necə hazırlaşmalıyıq?
28 fevral 2025 , 10:28