Fatih Terim ərəb klubundan gedir
16 iyun 2025 16:31 (UTC +04:00)

Fatih Terim ərəb klubundan gedir

Səudiyyə Ərəbistanının “Əl-Şabab” komandasını çalışdıran Fatih Terimin bu ölkədəki gələcəyi bəlli olub.

Lent.az-ın xəbərinə görə, ötən mövsümün ortalarında Səudiyyə Ərəbistanının “Əl-Şabab” komandası ilə 1,5 illik müqavilə imzalayan Fatih Terim yeni mövsümdə komandada davam etməmək qərarı verib.

Fatih Terim "Əl-Şabab"la 23 oyun keçirib, 12 qələbə qazanıb, 4 heç-heçə edib və 7 görüşdə uduzub. "Əl-Şabab" 60 xalla liqanı 6-cı sırada tamamlayıb.

Vitor Pereyranın "Vulverhempton"a getməsindən sonra komandanın başına keçən təcrübəli çalışdırıcı 6 aylıq müqaviləyə görə 1,6 milyon dollar maaş alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar