Bu seriallar təkcə süjet xətti ilə təsirləndirmir, həm də manipulyatorlar və yalançılar tərəfindən istifadə olunan psixoloji üsulları tanımağı öyrədir.
Lent.az insanları daha yaxşı anlamağa kömək edəcək serialların siyahısını təqdim edir.
Lie to Me
Doktor Laytman insanın jestlərini oxumağı və üz ifadələrinə əsasən onun yalan danışıb-danışmadığını müəyyən etməyi bacarır. O, peşəkar komandası ilə birlikdə insanları və onların gizli motivlərini düzgün oxumağı öyrədir.
"Force Majeure" (Suits)
Nyu-Yorkun ən yaxşı vəkilləri Harvi Spektr və Maykl Ross hüquq aləmində mübarizə incəliklərini öyrədirlər. Onlar arzulananı gerçəkliyə çevirməyin yollarını bilirlər.
Criminal Minds
FBI-nın xüsusi bölməsi serial qatilərlə mübarizə aparır. Onlar davranış modellərini, jestləri və reaksiyaları uğurla analiz edirlər, gizli motivləri görməyi və həqiqəti manipulyasiyadan ayırmağı öyrədirlər.
Tell Me Lies
Serial cəmiyyətdə manipulyatorların necə göründüyünü açıq şəkildə göstərir. Tələbə qız cinayət törədib günahı başqasının üzərinə atan yuxarı kurs tələbəsinə aşiq olur. Zəhərli münasibətlərə düşən qız seçim qarşısında qalır və çoxlu bərpaolunmaz səhvlər edir.
Safe
Baş qəhrəman qızının itkin düşməsi ilə bağlı kimin və necə iştirak etdiyini anlamağa çalışır. O, tədricən sirrlər dolu düyünü açır və anlayır ki, hətta yaxın insanlar da yalan danışa bilirlər.