Nazir uşaq evlərindəki körpələrin ailələrə verilməsindən danışdı
20 dekabr 2012 10:55 (UTC +04:00)

Nazir uşaq evlərindəki körpələrin ailələrə verilməsindən danışdı

“Təhsil Nazirliyi tərəfindən Azərbaycanda dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsinə dair həm qanunvericilikdə, həm də dövlət proqramlarında bir sıra dəyişiklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. O bildirib ki, YUNİSEF-in dəstəyi ilə Milli Məclisdə İnklüziv təlimlə bağlı hazırlanan yeni qanun layihəsi yaxın zamanlarda müzakirə olunacaq. Nazirin sözlərinə görə, hökumətə kiçik qrup ailələrlə bağlı əsasnamələrin təsdiq edilməsi və digər məsələlərlə bağlı təkliflər təqdim edilib.
 

 


“Müəyyən məsələlər isə pilot layihə olaraq, il ərzində həyata keçirilib. Artıq pilotların vaxtı bitdiyindən beynəlxalq təşkilatların da bizə ayırdığı dəstəyinin vaxtı bitib. Hazırda Azərbaycanda dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi ilə bağlı işlərdə dünyada gedən proseslər izlənilir. Əgər Təhsil Nazirliyinin həm Milli Məclis, həm də hökumətə təqdim etdiyi bu təkliflər qısa zamanda nəzərə alınarsa, gələn il uşaqların ailələrə verilməsi istiqamətində uğurlarımız daha çox olacaq. Düşünürəm ki, ilin sonuna qədər bu qanun qəbul olunar və yeni ildən bu məsələni daha geniş şəkildə müzakirə edə bilərik”, - deyə M.Mərdanov əlavə edib
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar