“Dövlət uşaq bağçalarındakı problemlər üzərində işləyir”
“Bu gün Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin əhatə dairəsi ümumi tələbatdan 20 faiz azdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, bu gün bağçalarda uşaq yerlərinin sayı təxminən hər 100 uşaqdan 20 uşaq üçün nəzərdə tutulub. “Məktəbəqədər təhsilin imkanları bir qədər artırılmalıdır. Uşaq bağçalarındakı infrastrukturla bağlı problemlər üzərində dövlət işləyir. Uşaq bağçaları tikilir, özəl bağçalar da yaradılır. 2014-cü ilin yanvarından vergi məcəlləsində ciddi dəyişiklər edilib. Bu sahədə yeni mexanizmlər tətbiq edilib”. Nazir həmçinin əlavə edib ki, bu gün bir sıra məktəblərdə olan tələbat orada olan yerlərin sayı ilə üst-üstə düşmür. Dövlət bu problemlin aradan qaldırılması üçün konkret addımlar atır.