Nazir: “Repetitorluğun səbəbini başqa yerdə də axtarın”
26 dekabr 2012 18:35 (UTC +04:00)

Nazir: “Repetitorluğun səbəbini başqa yerdə də axtarın”

“Ölkəmizdə repetitorluğun səbəbini yalnız məktəbdə deyil, başqa yerdə axtarmaq lazımdır”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib. Nazir qeyd edib ki, bununla əlaqədar obyektiv tədqiqat aparmaq və bunun nəticələrini ölkə ictimaiyyətinə açıqlamaq lazımdır. “Repititorluq bu gün də var və yəqin ki, gələcəkdə də olacaq. Repetitorluğa iki cür yanaşıram. Bunun təhsil üçün müsbət və mənfi təsirləri var. Repetitorluq təhsilin inkişafına mənfi təsir göstərirsə, buna qarşı etiraz edərək mübarizə aparılmalıdır. Bu proseslər gələcək illərdə də aparılacaq”-deyə, nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar