Nazir: “Rəhbər təhsil işçilərinin təlim kurslarından keçməsini zərurətə çevrilib”
28 dekabr 2012 13:24 (UTC +04:00)

Nazir: “Rəhbər təhsil işçilərinin təlim kurslarından keçməsini zərurətə çevrilib”

Təhsil Nazirliyində "Ümumi təhsildə kurikulum islahatı və onun idarəolunması" mövzusunda təlim kurslarının təşkili vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2008-ci ildən başlayaraq müəllimlər üçün kurikulumlar üzrə təlimlərin keçirildiyini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov son 5 ildə bu istiqamətdə müəyyən işlərin görüldüyünü, ötən müddət ərzində 73000 müəllimin müvafiq kurslardan keçərək zəruri bilik və bacarıqlara yiyələndiyini söyləyib:

 

Təhsil naziri kurikulum islahatının müvəffəqiyyətlə həyata keçirilməsinin və yeni kurikulumların tətbiqinin səmərəli idarə olunmasının müəllimlərlə yanaşı, rəhbər təhsil işçilərinin də müvafiq təlim kurslarından keçməsini zərurətə çevirdiyini deyib, bu məqsədlə 4000 nəfər rəhbər təhsil işçisini əhatə edən "Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması" mövzusunda təlim kurslarına başlandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, kurslar Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gələn "Təlim və İnkişaf Mərkəzi" MMC və "Mədəd Azərbaycan" MMC tərəfindən aparılır.

 

Bu işə çox ciddi yanaşılmasının vacibliyini vurğulayan M. Mərdanov Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi və Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqinin aparıldığını, təlimlər başa çatdıqdan sonra monitorinqin nəticələrinə dair arayışların müzakirəyə təqdim olunacağını bildirib. Monitorinq nəticəsində ümumilikdə təlimlərin yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir eyni zamanda bir sıra problemlərin də aşkarlandığını və bugünkü müşavirənin də məhz onların vaxtında aradan qaldırılması məqsədilə keçirildiyini söyləyib. Təhsil naziri həmin problemlərin bir neçəsini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, təlim keçən təşkilatlar növbəti mərhələlərdə onların həll edilməsinə nail olmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar