Misir Mərdanov: “Keyfiyyət axtarırıqsa...”
26 dekabr 2012 17:09 (UTC +04:00)

Misir Mərdanov: “Keyfiyyət axtarırıqsa...”

Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbuluna dair irəli sürdüyü yeni təkliflərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda adi, lisey və internat məktəbləri var. M.Mərdanovun sözlərinə görə, lisey məktəblərinin digər məktəblərdən əsas fərqi odur ki, orada çalışan müəllimlərin əmək haqqı 15 faiz yüksəkdir: “Təhsilin keyfiyyəti yüksək olan məktəblərə lisey statusu veririk. Bu məktəblərə şagirdlər seçmə yolla qəbul edilir. Əgər keyfiyyət axtarırıqsa, ona seçimə getməliyik. Ancaq eyni zamanda bizim borcumuzdur ki, Azərbaycanın bütün şagirdlərinin icbari orta təhsil almasına şərait yaradaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar