Azərbaycandan bu qədər əcnəbi çıxarıldı
09 avqust 2019 13:19 (UTC +04:00)

Azərbaycandan bu qədər əcnəbi çıxarıldı

Bu ilin iyul ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 105032 müraciət qeydə alınıb.

Xidmətdən Lent.az-a bildirilib ki, ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 8249 müraciət daxil olub.

İyulda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 1425 qərar qəbul edilib.

Qərarlardan 798-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan  548-i ölkəni tərk etmə, 250-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilən 569 qərardan 75-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 494-ü isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı  olub.

39 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 5-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi verən Azərbaycan vətəndaşları və ya burada yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 12, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 2 qərar qəbul edilib.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar