Millət vəkili qocaları sevindirdi
29 dekabr 2012 18:16 (UTC +04:00)

Millət vəkili qocaları sevindirdi

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB Bilgəhdə Qocalar evində bayram tədbiri keçirib. Lent.az-ın məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə keçirilən bayram tədbirində iştirak edən millət vəkili çıxış edərək bayram təbriki səsləndirib. Bayramı qocalar evində onlarla birlikdə keçirməkdən böyük məmnunluq duyduğunu dilə gətirən millət vəkili qocalar evində məskunlaşan ahıllarımızı təkcə bayram günlərində deyil, həmişə yad etməyin, onları ziyarət edib problem və qayğıları ilə maraqlanmağın vacibliyindən danışıb: “Bütün övladlara səslənirəm. Valideynlərimizə daha böyük diqqət ayırmalı, onları böyük sevgi ilə əhatə etməliyik. Dünyada bizim üçün onlardan qiymətli heç nə ola bilməz. Onlar üçün ən gözəl yer və ən böyük xoşbəxtlik övladlarının yanında olmaq, onlarla bir evi, yuvanı bölüşməkdir. Mən qocalar evində məskunlaşan ana-atalarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirəm. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz".

 

Millət vəkili qocalar evində məskunlaşan bütün ahıllara qiymətli hədiyyələr təqdim edib, onlarla söhbət edərək qayğı və problemləri ilə maraqlanıb.

 

Daha sonra əməkdar artist Tünzalə Ağayeva öz mahnıları ilə qocaları təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar