Mehriban Əliyeva uşaqların Yeni il şənliyində iştirak edib
28 dekabr 2012 17:24 (UTC +04:00)

Mehriban Əliyeva uşaqların Yeni il şənliyində iştirak edib

“Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,  şənliklər dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir. Dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər. Əvvəlcə Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərilib. 
 

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılanıb. Şaxta baba və uşaqlar birlikdə yolkanın işıqlarını yandırıblar.
Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstəriblər. Rəqqaslara qoşulan, al-əlvan yolkanın ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Körpələrin çöhrələrində bu gözəl bayramı onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məhəbbət və minnətdarlıq hiss olunub. 
 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdiriblər. 
 

Azərbaycanın birinci xanımı uşaqlara bayram münasibətilə təbrik edib. 
 

Mehriban Əliyeva balacalarla xatirə şəkli çəkdirib.
 

Üç gün davam edəcək tədbirdə üç minə yaxın uşağın iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462
avatar

Oxşar yazılar