Mehriban Əliyeva uşaq bağçalarında
01 iyun 2015 15:29 (UTC +04:00)

Mehriban Əliyeva uşaq bağçalarında

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Uşaqların Beynəlxalq Müdafiə Günündə Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış olub. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.

Mehriban Əliyevaya məlumat verilib ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.

Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gələrək ordakı vəziyyətlə tanış olub. 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpus inşa olunmağa başlanılıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər görülüb. 2014-cü ilin fevralında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramının təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Bu gün Fondun fəaliyyətinin nəticələri isə onu göstərir ki, bu qurum tərəfindən həyata keçirilən digər layihələr kimi, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı da uğurla icra edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169

Oxşar yazılar

Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

Sabah yola çıxan sürücülərə XƏBƏRDARLIQ

24 may 2025 , 14:30
Sabah bu yerlərə qar yağacaq  - PROQNOZ

Sabah bu yerlərə qar yağacaq - PROQNOZ

24 may 2025 , 12:44
Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Hazırda bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

24 may 2025 , 11:22
Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43