"Real Madrid"in qapıçısı Andriy Lunin İnstaqram səhifəsində Karlo Ançelotti ilə vida mesajı yazıb.
Lent.az xəbər verir ki, ukraynalı qolkiper məşqçiyə unudulmaz anlar üçün təşəkkür edib:
“Birlikdə keçdiyimiz hər şeyə görə təşəkkür edirəm, cənab. Bunlar heç vaxt unuda bilməyəcəyim inanılmaz, çətin, yaxşı anlar idi. Gələcək fəaliyyətinizdə uğurlar”.