Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini ilə görüşüb
26 aprel 2016 17:37 (UTC +04:00)

Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini ilə görüşüb

 

 

Aprelin 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliyanın mədəniyyət nazirinin müavini xanım Dorina Byanki ilə görüşüb.

 

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyi vurğulanıb.

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən İtaliyada gördüyü işlər yüksək qiymətləndirilib. Həmin layihələrin Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb, gələcəkdə bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261

Oxşar yazılar