<b>Məcburi köçkün uşaqların məktəbə qeydiyyatında <span style="color:red;">YENİLİK </b>
07 mart 2019 11:44 (UTC +04:00)

Məcburi köçkün uşaqların məktəbə qeydiyyatında YENİLİK

Birinci sinifə gedəcək olan məcburi köçkün ailələrinin övladlarının qeydiyyatı da elektron formada həyata keçiriləcək.

Lent.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, elektron qeydiyyatın həyata keçiriləcəyi 8 bölgədə bütün məcburi köçkün ailələri, işğal altında olan rayonların məktəblərinin şagirdləri də yararlana biləcək.

İ.Abdullayeva onu da bildirib ki, artıq xüsusi qayğıya ehtiyacı olan, xüsusi məktəblərdə təhsil alan uşaqların valideynləri də heç bir əziyyət çəkmədən uşaqlarının qeydiyyatını elektron qaydada həyata keçirə biləcəklər.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar