Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada xeyriyyə aksiyaları
26 dekabr 2012 23:50 (UTC +04:00)

Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada xeyriyyə aksiyaları

Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilib.

 

APA-nn xəbərinə görə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvanın Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olublar.

 

Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilib.

 
Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzinə rəhbərlik edən akademik Andrey Pritıko fondun əməkdaşlarını salamlayaraq, Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirib: “Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam”.

 
Akademik Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xalqlar arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri barədə də danışıb.


Sonra nümayəndəliyin əməkdaşları Mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşüb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırıblar.

 

Yeni il hədiyyələri ilə yanaşı mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunub.

 
Moskvanın bir neçə uşaq evinə də fondun Yeni il hədiyyələri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963
avatar

Oxşar yazılar