Leyla Əliyeva Bakıdakı uşaq evlərinin sakinləri ilə görüşüb
28 dekabr 2012 10:38 (UTC +04:00)

Leyla Əliyeva Bakıdakı uşaq evlərinin sakinləri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. Lent.az-ın AzərTAc-a  istinadən verdiyi məlumata görə, Leyla Əliyevaya məlumat verilib ki, bina 1930-cu ildə tikilib və iki ildən sonra uşaq evi kimi fəaliyyətə başlayıb. Uşaq evi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə yenidən qurulub. Burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır. 
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların yataq otaqlarına baxıb. 
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqların bayram şənliyinə qatılıb və onlara hədiyyələr təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti paytaxtın Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub. Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırıb. 
Leyla Əliyeva uşaqların vəziyyəti ilə maraqlanıb. Qeyd olundu ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait var.
Uşaqları Yeni il münasibətilə təbrik edən Leyla xanım Əliyeva onlarla xatirə şəkli çəkdirib.

Daha sonra Leyla Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib. Uşaq evinin sakinləri Leyla xanım Əliyevanı böyük sevinclə qarşılayıblar. 
Vurğulanıb ki, Heydər Əliyev Fondu digər uşaq və internat evləri kimi, bu müəssisəni də daim diqqətdə saxlayır. Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Leyla xanım Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evinin sakinləri ilə xatirə şəkli çəkdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar