Lerikin beş kəndinə təbii qaz verilib
23 dekabr 2012 02:23 (UTC +04:00)

Lerikin beş kəndinə təbii qaz verilib

Dekabrın 22-də dağlıq Lerik rayonunun beş yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin, Milli Məclisin üzvü İqbal Məmmədovun, Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovun, yerli hüquq mühafizə orqanları rəhbərlərinin, ziyalıların və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan rayon RİH başçısı aparatının sektor müdiri Əlipənah Bayramov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dağ kəndlərinin qazlaşdırılmasını dövlətin yerli sakinlərə layiqli töhfəsi kimi dəyərləndirib.

 

Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və Lerik RİH-nin başçısı başçısı Rövşən Bağırov mavi qazın verilməsi və qarşıdan gələn bayramlar münasibətilə  əhaliyə təbriklərini çatdırıblar.

 

Piran kənd sakinləri Aydın Şükürov, Əfqan Höccətov, Anbu kənd sakinləri Hüseynağa Əhmədov, Bəylər Kərimov çıxış edərək ölkə başçısına onların sosial problemlərinin həllində göstərdiyi diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Anbu kənd sakini, birinci qrup Qarabağ müharibəsi əlili ona qaz plitəsi hədiyyə etdiyi üçün RİH başçısına təşəkkürünü  çatdırıb.

 

Qeyd edək ki, Lerik rayonunun 192 abonenti olan Piran kəndinin qazlaşdırılması üçün 18500 metr polietilen, 2170 metr metal borularla, 61 abonenti olan Hamarmeşə kəndinin qazlaşdırılması üçün 12955 metr polietilen, 1107 metr metal borularla, 74 abonenti olan Ambu kəndinin qazlaşdırılması üçün 1800 metr polietilen, 4470 metr metal borularla, 106 abonenti olan Rvarud kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8595 metr polietilen, 8100 metr metal borular, 71 abonenti olan Andurma kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 4000 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillər sayğaclaşdırılıb. Piran kəndində QSQO-35 tipli qaztənzimləyici, Hamarmeşə və Ambu kəndlərində qaztənzimləyici şkaflar, Rvarud və Andurma kəndlərində isə abonentlərin sayına uyğun fərdi tənzimləyicilər quraşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174
avatar

Oxşar yazılar