Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının hüquqları genişləndirildi
30 sentyabr 2013 14:21 (UTC +04:00)

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının hüquqları genişləndirildi

Milli Məclis bu günkü iclasında “Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanunun 7.2-ci maddəsinə dəyişiklik müzakirə olunub.

Dəyişikliyə əsasən Komissiyanın əsas hüquqları genişləndiriləcək. Bu siyahıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış sorğuların verilməsi də daxil ediləcək. Komissiya ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış sorğular verə biləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242

Oxşar yazılar