Koreya səfiri Bakı Ali Neft Məktəbində olub
30 dekabr 2012 13:01 (UTC +04:00)

Koreya səfiri Bakı Ali Neft Məktəbində olub

Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Çoi Sukin Bakı Ali Neft Məktəbində olub.
 

Lent.az-ın məlumatına görə, rektor Elmar Qasımov qonağa Bakı Ali Neft Məktəbinin yaranma tarixi, təhsil ocağının əsas hədəfləri haqda məlumat verib, onu binada yaradılmış infrastrukturla tanış edib, Koreya Respublikasının elm və təhsil mərkəzləri ilə əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.


Koreya Respublikasının səfiri Çoi Sukin Azərbaycanda ingilis dilində tədris həyata keçirən ali məktəbin Koreyanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar