Kimsəsiz uşaqlara Ramazan hədiyyəsi
07 avqust 2013 14:58 (UTC +04:00)

Kimsəsiz uşaqlara Ramazan hədiyyəsi

Bakıda Zabitlər parkında internat məktəbi və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Lent. az-ın məlumatına görə, aksiyada iştirak edənlər Ramazanın insanları sevgiyə, mərhəmətə və xeyriyyəçiliyə çağıran bir ay olduğunu  və valideyn qayğısından məhrum və sağlamlıq imkanları məhdud olan uşaqların bunlara daha çox ehtiyac duyduqlarını bildiriblər.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, modelyer-dizayner Gülnarə Xəlilova,  müğənnilər Samira Allahverdi, Elgün Hüseynov və başqaları iştirak edib. Xeyriyyə aksiyasını aparıcısı Senan Ellez olub. G. Xəlilovanın “Modalar Evi” adından uşaqlara yeni paltar və qiymətli hədiyyələr bağışlanıb.

 

# 823
avatar

Oxşar yazılar