Jurnalistlərə yeni evlər tikiləcək
29 dekabr 2012 18:59 (UTC +04:00)

Jurnalistlərə yeni evlər tikiləcək

KİV-lərə subsidiyalar, güzəştli kreditlər ayrılacaq

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin maliyyələşdirilməsi ilə yanaşı, onlara  subvensiyalar, subsidiyalar, güzəştli kreditlər ayrılacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu gün fərmanla təsdiq etdiyi  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb.

 

Konsepsiyada qeyd edilib ki, Azərbaycanın bölgələrində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədi ilə redaksiyalara ünvanlı yardımlar göstəriləcək, “Mətbuat Evləri”, regional mətbəələr yaradılması dəstəklənəcək. KİV-in iqtisadi müstəqilliyini təmin etmək məqsədi ilə reklam bazarının genişləndirilməsi stimullaşdırılacaq və bu sahədə mövcud problemlər aradan qaldırılacaq. Kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həlli ilə bağlı dövlət siyasəti davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar