İtkin düşmüş şəxslər haqqında qanun hazırlanır
11 aprel 2013 17:50 (UTC +04:00)

İtkin düşmüş şəxslər haqqında qanun hazırlanır

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov bildirib. Onun sözlərinə görə, itkin düşən şəxslər haqqında model qanun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi tərəfindən təklif olunub. “Model qanuna Komissiyada da baxılıb, rəy və təkliflər hazırlanıb. Dünyanın bir neçə ölkəsində belə qanun var. Biz də istəyərdik ki, Azərbaycanda əsir, girov və itkin düşən şəxslər haqqında qanun olsun. Hazırda bu qanun layihəsinə hökumət tərəfindən baxılır və Milli Məclisdə üzərində iş gedir”.

 

Qeyd edək ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran APA-ya açıqlamasında deyib ki, dövlətin istəyi olarsa, BQXK bu qanunun qəbulu ilə bağlı Azərbaycan hökumətinə texniki dəstək verməyə hazırdır: “Hazırda Azərbaycanda itkin düşən şəxslərlə bağlı ayrıca qanun yoxdur. Amma müxtəlif hüquqi sənədlərin tərkibində bu məsələ əhatə olunub. BQXK-nın ekspert rəyi ilə dünyada itkin düşən şəxslərlə bağlı qanunun modeli yaradılıb. Bu elə bir modeldir ki, biz itkin düşən ailələrlə problemi olan müxtəlif ölkələrə təklif etmişik. İstənilən bir ölkə onu götürüb istifadə edə bilər. Biz bunu Azərbaycan tərəfə də təklif etmişik. Bu qanunun qəbul edilib-edilməyəcəyi hər bir dövlətin özündən asılıdır. Əgər dövlətin istəyi olarsa, biz bu məsələdə də texniki dəstək verməyə hazırıq”.

 

# 690
avatar

Oxşar yazılar