İsaxan Aşurova qəbirüstü abidə qoyulub
15 dekabr 2012 13:12 (UTC +04:00)

İsaxan Aşurova qəbirüstü abidə qoyulub

Azərbaycanın tanınmış hüquqşünası və ictimai xadimi, xalq hərəkatının görkəmli simalarından olan İsaxan Aşurovun qəbirüstü abidəsi inşa edilib. Lent.az-ın məlumatına görə, uzun sürən xəstəlikdən sonra İ.Aşurov bu ilin iyun ayında dünyasını dəyişib. O, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, İ.Aşurov 1955-ci ildə Faxralı kəndində anadan olan İsaxan Aşurov BDU-nun hüquq fakültəsini bitirib. Sovet dövründə və Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə, daxili işlər orqanlarında məsul vəzifələrdə işləyib. İsaxan Aşurov 1996-cı ildən vəkil kimi çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar