İranda yeni ödəniş: şagirdlərdən qaz pulu yığılır
26 dekabr 2012 02:49 (UTC +04:00)

İranda yeni ödəniş: şagirdlərdən qaz pulu yığılır

Güney Azərbaycanın Məlikan rayonunda  direktorlar  şagirdlərdən məktəbdə yandırılan təbii qazın pulun ödəmələrini istəyib.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, direktorlar pulu ödəməyən şagirdləri məktəbdən qovmaqla hədələyiblər.

 

Valideynlərdən biri yerli təhsil şöbəsinə zəng edərək, vəziyyəti onlara danışıb. Oradan isə bildiriblər ki, «mavi yanacaqdan» istifadə ilə bağlı «büdcədə vəsait nəzərdə tutulmayıb».

 

Qeyd edək ki, İranda təhsil pulsuzdur və bu ölkə dünyada təbii qaz ehtiyatına görə ilk yerlərdən birini tutur.

 

Məsələyə münasibət bildirən, yerli müşahidəçilərin fikrincə,  atom-nüvə proqramı ucbatından tətbiq olunan sanksiyalar ölkə iqtisadiyyatını çoxlu sayda problemlərlə üzləşdirib:«Görünür, İslam Respublikasının rəhbərliyi İranın dağılmaqda olan iqtisadiyyatını şagirdlərdən yığılan qaz pulu hesabına bərpa etməyə çalışır».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar