İran kəşfiyyatçısı peyklərə qarşı əməliyyat keçirəcək
30 dekabr 2012 04:52 (UTC +04:00)

İran kəşfiyyatçısı peyklərə qarşı əməliyyat keçirəcək

Güney Azərbaycanın mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətində  polislər yenə peyk antenaların yığışdırılması ilə bağlı əməliyyat keçirməyə hazırlaşır.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, əyalətin Ümumi Təhlükəsizlik bölümünün Kəşfiyyat Rəhim Cahanbəxş “xəfiyyələrin” yardımı ilə təhlükəsizliyin təmini mövzusunda konfrans keçirib.

 

Rəis bildirib ki,  məhkəmə orqanları polis qüvvələrinə yardım məqsədi ilə “xəfiyyə qrupların” yaradılmasını təmin etməlidir.

 

Kəşfiyyatçının sözlərinə görə, peyk antenalarını yığışdırmaq «polis orqanının əsas vəzifəsidir»: «Çünki bu qurğular vasitəsi ilə dinimizi və onun təlimlərini aradan qaldırmaq əsas hədəfdir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar