İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları təsdiqlənib
28 dekabr 2012 15:31 (UTC +04:00)

İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzə Dövlət Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları” təsdiq edilib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 12 maddədən ibarət olan Qaydalarda Komitəyə sorğu ilə müraciət edən şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, informasiya sahibi kimi Komitənin vəzifələri, informasiya sorğusunun icra olunma üsulları və s. kimi məsələlər öz əksini tapıb. 

Əmrə əsasən Komitənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbov informasiya azadlığı üzrə məsul şəxs kimi müəyyən edilib.

Bu Əmr Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594
avatar

Oxşar yazılar