İki milyona yaxın insan tibbi müayinədən keçirilib
24 dekabr 2012 14:36 (UTC +04:00)

İki milyona yaxın insan tibbi müayinədən keçirilib

Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş “Sağlam həyat uğrunda” aylığın keçirilməsi üzrə Tədbirlə Planına uyğun olaraq, 1-20 dekabr tarixi üzrə aparılan tibbi profilaktik müayinələr barədə statistik göstəricilər açıqlanıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 20 gün ərzində 1724263 nəfər müayinə olunub. Müayinə olunanların 818804 nəfəri 17 yaşadək olan uşaqlardır.

 

Nazirlikdən onu da bildiriblər ki, müayinə olunanların 770427 nəfəri Bakının, 953836 rayonların payına düşür.

 

 Dekabrın 1-dən etibarən respublika üzrə müalicə-profilaktika müəssisələrində terapevt, cərrah, nevropatoloq, pediatr, infeksionist, mama-ginekoloq, oftalmoloq və s. mütəxəssisləri tərəfindən əhalinin tibbi müayinəsi, o cümlədən laboratoriya analizləri, ultrasəs müayinəsi, elektrokardioqrafiya müayinələri aparılıb.

 

Müayinələr zamanı müxtəlif xəstəlikləri aşkar olunmuş insanlar mütəxəssislər tərəfindən müxtəlif profilli stasionar və ambulator müalicələrə cəlb ediliblər.

 

Qeyd edək ki, sağlamlıq aylığı çərçivəsində aparılan profilaktik müayinələr dekabr ayının sonunadək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606
avatar

Oxşar yazılar