Hilal Məmmədovun  cinayət işi məhkəmədədir
23 dekabr 2012 02:00 (UTC +04:00)

Hilal Məmmədovun  cinayət işi məhkəmədədir

Həbsdə olan “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun barəsində olan cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib.

 

 Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. O, cinayət işi materiallarının baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib. İşin hansı hakimə veriləcəyi və prosesin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

 

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783
avatar

Oxşar yazılar