Hərbi hazırlıq dərslərinin monitorinqi aparılacaq
01 oktyabr 2013 14:00 (UTC +04:00)

Hərbi hazırlıq dərslərinin monitorinqi aparılacaq

 

Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində  “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş tədbirləri də açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, hərbi hissələrlə əməkdaşlığı gücləndirmək, hərbi xidmət həyatı ilə şagirdlərin tanış olmalarına hərtərəfli şərait yaratmaq, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlbini təşkil etmək, bütün tam orta məktəblərdə hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq, məktəblərdə fənnin tədrisi vəziyyətinin monitorinqini aparıb əməli təkliflər hazırlamaq və s. həmin tədbirlər sırasına daxildir.

 

 

Təhsil Nazirliyi ali təhsil müəssisələrinin bakalavr və ya magistratura pilləsinə növbəti illərdə tələbə qəbulu planında  bəzi ixtisasların ixtisarı, yaxud  ixtisasların optimalaşdırılması və ya əmək bazarının tələbatına uyğun müəyyənləşdirilməsilə bağlı tədbirlərin həyata keçirilməsi məsələsinə aydınlıq gətirib. Nazirliyin məlumatına əsasən, ali məktəblərin təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin ayrı-ayrı ixtisaslarına tələbə qəbulu planının layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş beş illik proqnoz rəqəmlərinə uyğun olaraq tərtib edilir. Həmin layihə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyasında təsdiq olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803

Oxşar yazılar