Hava yağmursuz olacaq
29 dekabr 2012 00:10 (UTC +04:00)

Hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə  şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Dekabrın 29-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, dekabrın 30-da şimal küləyinin güclənəcəyi, axşama doğru arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar