Hava yağmursuz keçəcək
28 dekabr 2012 00:10 (UTC +04:00)

Hava yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1 dərəcə  şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.

 

Dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar