Hava isinir
27 dekabr 2012 00:10 (UTC +04:00)

Hava isinir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək. 
 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir. 
 

Dekabrın 27-28-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787
avatar

Oxşar yazılar