Gürcüstanın dövlət naziri azərbaycanlı tələbələrlə görüşüb
27 dekabr 2012 00:11 (UTC +04:00)

Gürcüstanın dövlət naziri azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstan paytaxtında reinteqrasiya məsələləri üzrə dövlət nazirliyində gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

 

APA -nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin müşaviri Savalan Mirzəyev məlumat verib. Onun sözlərinə görə, dövlət naziri Paata Zakareişvili azərbaycanlı tələbələrlə görüşündə milli azlıqların inkişafı ilə bağlı dövlət proqramının həyata keçirilməsinin və bu sahədə aparılan siyasətin daha da gücləndiriləcəyini və keçmiş hakimiyyətin vaxtında buraxılan nöqsanların aradan qaldırılacağını  bildirib. Nazir qeyd edib ki, “ölkədə yaşayan azərbaycanlılar yaşadıqları ölkənin tamhüquqlu vətəndaşı olmalarını hiss edəcək  və biz onların hüquqlarının qorunmasını təmin edəcəyik.”

 

Tədbirdə dövlət naziri Paata Zakareişvili görüş iştirakçılarının suallarını cavablandırıb.

 

Qeyd edək ki, görüş Marneuli Gənclər Mərkəzinin “Gənclərin İnkişafı Akademiyası” layihəsi çərçivəsində baş tutub. Tədbirdə Marneuli, Qardabani və Bolnisidən olan azərbaycanlı tələbələr iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559
avatar

Oxşar yazılar