Gürcüstandan SOCAR-a yeni təklif
24 dekabr 2012 14:59 (UTC +04:00)

Gürcüstandan SOCAR-a yeni təklif

Gürcüstan Futbol Federasiyası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib. “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovun Lent.az-a verdiyi məlumata görə, GFF Azərbaycan şirkəti ilə baş sponsorluq müqaviləsini uzatmağı təklif edib.

 

Lakin Məmmədov təklifi hələ konkret cavablandırmadıqlarını bildirib. O qeyd edib ki, anlaşmanın daha bir il müddətinə uzadılma ehtimalı var. Məsələyə yaxın vaxtlarda aydınlıq gələcək.

 

“Bu, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərinin nəticəsindən asılı ola bilərmi?” sualına SOCAR rəsmisi “Biz istəməzdik ki, siyasi amillər iqtisadi sahədə də özünü göstərsin. Fakt budur ki, GFF yeni müqavilə təklif edib və anlaşmanın uzadılma ehtimalı da var”.

 

Qeyd edək ki, SOCAR 2011-ci ilin əvvəllərindən GFF-in baş sponsorudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457
avatar

Oxşar yazılar