Gürcüstanda azərbaycanlılar da amnistiyaya düşüb
30 dekabr 2012 02:13 (UTC +04:00)

Gürcüstanda azərbaycanlılar da amnistiyaya düşüb

Dekabrın 28-dən başlayaraq Gürcüstan prezidentinin sərəncamı ilə həbsxanalardan 231 məhbusun azad olunmasına başlanılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı prezident yanında Əfv komissiyasının sədri Yelena Tevdoradze APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, prezident 277 məhbusu əfv edib, onlardan 231 nəfəri həbsxanadan azad ediləcək və 44 məhbusun cəzaçəkmə müddəti yarıya endiriləcək: “Azad edilənlərin arasında azərbaycanlı məhbuslar da var. Amma onların soyadlarını xatırlamıram. Onu da qeyd edim ki, əfv olunanların arasında 5 qadın və 2 yeniyetmə də var. Biz yeni ildə də məhbusların azad edilməsi ilə məşğul olacaq, mütəmadi keçirdiyimiz iclaslarda məhbusların ərizələrinə baxıb, onların azad edilməsinə qərar verəcəyik. Şübhəsiz bu məhbusların içində azərbaycanlılar da olacaq.”

 

Qeyd edək ki, cəza müəssisələrindən daha 84 məhbus azad ediləcək. Onlar vaxtından əvvəl azadetmə komissiyasının qərarı ilə azadlığa buraxılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar