Gənclər Fondunun statusu dəyişdi
30 dekabr 2012 00:54 (UTC +04:00)

Gənclər Fondunun statusu dəyişdi

Azərbaycan prezidenti İlham Əliyev “Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında” 2011-ci il 19 dekabr tarixli 542 nömrəli fərmanına dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən fond artıq Gənclər və İdman Nazirliyi yanında deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu statusu ilə fəaliyyət göstərəcək.

Fondun icraçı direktorunu Azərbaycan Prezidenti vəzifəyə təyin və azad edəcək.

Həmçinin fondun işçilərinin say həddini və fondun icraçı direktorunun aylıq vəzifə maaşını Azərbaycan Prezidenti müəyyən edir. Fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını Nazirlər Kabineti təsdiq edir.

Fondun fəaliyyətinə ümumi nəzarəti isə Fondun Müşahidə Şurası həyata keçirir. Şuranın beş üzvü dövlət orqanlarını, dörd üzvü isə gənclər təşkilatlarını təmsil edir. Şura üzvlərini Azərbaycan Prezidenti təyin edir.

Nazirlər Kabinetinə  fondun xərclər smetasını, ştat cədvəlini və işçilərinin aylıq vəzifə maaşlarını bir ay ərzində təsdiq edib, bu barədə Prezidentə məlumat vermək tapşırılıb.
 

Ədliyyə Nazirliyinə isə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar