Gələn ilin qeyri-iş günləri məlum oldu
17 dekabr 2012 11:59 (UTC +04:00)

Gələn ilin qeyri-iş günləri məlum oldu

Nazirlər Kabinetinin 12 dekabr 2012-ci il tarixli qərarı ilə  2013-cü ilin bayram günləri təsdiq edilib. Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. A. Əlinin sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq, gələn il 20, 21, 22, 23, 24 mart Novruz bayramı, avqustun 8-i və 9-u Ramazan bayramı, oktyabrın 15-16-sı Qurban bayramı elan olunub: “Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab olunmur”.

 

Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, bu ayın 29-u, 30-u (şənbə-bazar günləri), 31 dekabr (Dünya azərbaycanlılarının həmrəyliyi günü), eyni zamanda yanvarın 1-i və 2-si qeyri-iş günləridir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10836

Oxşar yazılar