Gələn ay kolleclərə ixtisas seçimidir
16 iyun 2014 18:44 (UTC +04:00)

Gələn ay kolleclərə ixtisas seçimidir

Azərbaycanda kolleclərə ixtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaq. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. 

 

Daha ətraflı məlumatlar 3 saylı “Abituriyent” jurnalında dərc olunub. Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunub.
 

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün isə 9 illik bazada kolleclərə qəbul imtahanı iyunun 29-da keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 850

Oxşar yazılar