FHN rəhbərliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
15 dekabr 2012 10:52 (UTC +04:00)

FHN rəhbərliyi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov H. Əliyevin məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarı ziyarət olunub, məzarı üstünə gül dəstələri düzülüb.

 

Bunun ardınca Şəhidlər xiyabanı ziyarət olunub. Nazir K. Heydərov “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.

 

Qeyd edək ki, FHN əməkdaşları peşə bayramlarını qeyd edirlər. Azərbaycan FHN 2005-ci il dekabrın 16-da yaranıb.

 

# 758
avatar

Oxşar yazılar