FHN 1121 obyektdə tikintini müvəqqəti dayandırıb
15 dekabr 2012 14:42 (UTC +04:00)

FHN 1121 obyektdə tikintini müvəqqəti dayandırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 2131 obyektə texniki və vizual baxış keçirilib, onlardan 1284 obyektdə qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 1121 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib.

 

APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

 

Nazir deyib ki, 2012-ci ilin 11 ayı ərzində neft və qazçıxarma sənayesində, maye və təbii qaz obyektlərində, dağ-mədən, metallurgiya, kimya, neft-kimya müəssisələrində, təhlükə potensiallı sənaye avadanlıqlarının istehsalında, təhlükəli yüklərin avtonəqliyyat vasitələri və dəmir yolu ilə daşınmasında, magistral boru kəmərlərində və digər sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədilə 4000-dən artıq müəssisədə 33 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıqlar üzrə texniki müayinələr keçirilib.

 

Nəticədə 16 mindən artıq pozuntu aşkar edilib, 476 qurğu və avadanlığın istismarına müvəqqəti qadağa qoyulub, təhlükəsiz istismar qaydalarına əməl olunmasında 3000-dən çox göstəriş aktı verilib, nəticədə 10 mindən artıq pozuntu halı aradan qaldırılıb.

 

Nazir deyib ki, texniki təhlükəsizlik qaydaları üzrə biliklərin yoxlanılması üçün 7000-dən artıq fəhlə və mühəndisin biliyi yoxlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Oxşar yazılar