FHN-in Qaradağda yerləşən binasının açılışı olub
15 dekabr 2012 13:02 (UTC +04:00)

FHN-in Qaradağda yerləşən binasının açılışı olub

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin Qaradağ rayonunda yerləşən binasının açılışı olub.

 

APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirə qatılan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov rəmzi açılışı bildirən lenti kəsib.

 

İdarənin binası ilə tanış olan nazir K. Heydərova burada yaradılmış şərait barədə məlumat verilib, binanın müasir tələblərə cavab verdiyi qeyd olunub.

 

Nazir iş otaqlarına və anbarlara baxıb, müvafiq tövsiyələrini verib.

 

K. Heydərov idarədə yerləşən FHN-in avtomobilləri üçün avtoservis xidməti ilə də tanış olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878
avatar

Oxşar yazılar