Əbülfəs Qarayev: “Bakıda 3 ulduzlu otellərin inşasına başlanılacaq”
27 dekabr 2012 11:43 (UTC +04:00)

Əbülfəs Qarayev: “Bakıda 3 ulduzlu otellərin inşasına başlanılacaq”

“2013-cü ilin əvvəllərində Azərbaycanda beynəlxalq standartlara uyğun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunan otellərin yeni ulduzlaşma qaydaları tətbiq olunacaq”.

 

Lent.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu qaydalar olduqca sərt olacaq: “Bi zamanın tələbidir. Biz istəyirik ki, otellərimiz dünya standartlarına uyğun olsun”.

Nazir bildirib ki, 2015-ci il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı yeni işlər görüləcək: “Hal-hazırda bununla dövlət proqramı təsdiq olunmaqdadır. Orada turizm institutunun inkişafı və formalaşdırılması önəmlidir. Bildiyiniz kimi bu yaxınlarda Şahdağ yay-qış turizm obyektinin bir hissəsi açdıq. 2015-ci iləcən tam istifadəyə veriləcək. Azərbaycana gələn qonaqlar, idmançılar üçün maraqlı olacaq. Amma prezidentin tapşırığı ilə Bakıya daha ciddi diqqət yetirməliyik. Gələn ildən Bakıda 3 ulduzlu otellərin inşasına başlayacağıq. Bizim yüksək ulduzlu otellərimiz çoxdur və onlar işlərinin öhdəsindən yaxşı gəlirlər. İndi daha aşağı kateqoriyaların inşasına başlamalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar