Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək
27 dekabr 2012 17:38 (UTC +04:00)

Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejiminə keçəcək

Bayram günləri ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni illə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur.

 

Bu dövrdə Xidmət və onun tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən bütün təşkilatlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar